This page uses content from Wikipedia and is licensed under CC BY-SA.

Aşıq Musa

AŞIQ MUSA
Mustafayev Musa Səfər oğlu
Şəkil yoxdur.jpg
Doğum tarixi 1830(1830-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Qaraqoyunlu / Ağkilsə, Göyçə
Vəfatı 1912(1912-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Ağkilsə, Göyçə

Aşıq Musa (1795-1840[1]. 1830-1912) — XIX əsr Azərbaycan aşıqlarındandır.[2]

Həyatı

Aşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır[3]. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir. Onun Dağıstana, Rusiyaya, Gürcüstana, Orta AsiyayaTürkiyəyə səfərlərə çıxdığı da güman olunur.

Yaradıcılığı

Aşıq Musanın hələlik məlum olan tam yaradıcılığı Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (I cild, Səda-2006, səh.442-468.) kitabında bütünlüklə çap olunmuşdur. Belə ki, kitabda Aşıq Musanın 2 gəraylısı, 10 qoşması, 2 təcnisi, 2 divanisi, 2 müxəmməsi və 6 deyişməsi olmaqla cəmi 24 şeiri çap olunub.

Aşıq Musanın 2013-cü ildə ayrıca olaraq "Elm və təhsil" nəşriyyatında Folklor İnstitutu tərəfindən 148 səhifədən ibarət "Əsərləri" adlı kitabı (tərtib edəni:İslam Ələsgər) çap olunmuşdur. Kitabda aşığın 50-dən artıq şeiri vardır. Bunların əksəri qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis və 4-ü müxəmməsdir.[4]

Şəcərəsi

  • Mustafa
    • Səfər
      • Musa

İstinadlar

  1. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M.Babayev. Bakı: "Maarif", 1993, səh. 19-20.
  2. İslam Ələsgər (7 may 2014). "Göyçə soraqlı aşıq". anl.az. [anl.az]. İstifadə tarixi: 11 aprel 2016.
  3. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M.Babayev. Bakı: "Maarif", 1993, səh. 19-20.
  4. Ələsgərov, İ. Göyçə soraqlı aşıq: [Aşıq Musanın yaradıcılığı haqqında] //Xalq cəbhəsi.- 2014.- 7 may.- S.14.

Mənbə

  • "Aşıqlar" (hazırlayan Hümmət Əlizadə), 2 cilddə, I c., Bakı, 1937. səh.194.
  • İslam Ələsgər, "Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999. səh. 14-15.
  • Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild, Səda-2006, səh.442-468.
  • Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.59-62.
  • "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". (Tərtib edəni A.M.Babayev). Bakı: "Maarif", 1993, səh. 19-20.

Həmçinin bax